• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 01.04.2019 10:01

Airbus dronu yükləri gəmilərə çatdırmağa başlayıb

Airbus şirkəti pilotsuz uçan aparata yükləri yanalma körpüsündən gəmilərə çatdırmağa imkan verən test proqramını işə salıb. Texnologiya Sinqapurda sınaqdan keçirilir. Airbus sınağı Wilhelmsen Ships Services logistika şirkəti və Sinqapur hökuməti ilə birgə həyata keçirir. Skyways pilotsuz uçan aparatı gəmiyə üçölçülü çap obyektlərinin daxil olduğu 1,5 kiloqramlıq yükü çatdırıb.

Testlər dronun Marina South Pier yanalma körpüsündən uçuşunu və təxminən 1,5 km məsafəyə - lövbərdə dayanan gəmiyədək pilotsuz uçuşu nəzərdə tutur: aparat yükü göyərtədə qoyduqdan sonra sahilə qayıdır. Uçuş müddəti 10 dəqiqə təşkil edir. Airbus şirkəti mütəxəssislərinin sözlərinə görə, Skyways dronları sahildən 3 km uzaqda dayanan gəmilərə 4 kiloqramadək yüklər çatdırır. Aparatlar avtonom rejimdə xüsusi hava dəhlizləri ilə hərəkət edirlər. Gələcəkdə Airbus dronların şəhər şəraitində sınağını planlaşdırır. Bundan başqa, tezliklə Sinqapur Milli Universiteti ilə testlərin başlanılması nəzərdə tutulur.