Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin Azərbaycanda “Nəsimi ili” elan olunmasından irəli gələrək Gəncə Qarnizonu Zabitlər Evində poeziya müsabiqəsi təşkil olunub. Martın 15-dən start götürən yarışmada hərbi qulluqçularla yanaşı, yaş həddindən asılı olmayaraq sadə vətəndaşlar da iştirak edə bilər. “Nəsimi poetik dünyası” adlı müsabiqə 3 turdan ibarət yarışmadır və müsabiqədə iştirak hüququ əldə etmək üçün Nəsimi yaradıcılığından olan bir qəzəli səsləndirib, “vətəndaş.az” saytına daxil olaraq, anketi doldurmaq kifayətdir. Müsabiqənin şərtlərinə görə, qaliblər müvafiq olaraq, sözügedən saytda keçirilən pulsuz səsvermə ilə müəyyən olunacaq. Yarışmanın gedişatını da “vətəndaş.az” saytına daxil olub, izləmək mümkündür. Finalı 30 aprel tarixinə təsadüf edəcək müsabiqənin qaliblərinə müxtəlif hədiyyələr və mükafatlar təqdim olunacaq.
Şəbunur Allahverdili - nəzarətçi: “Müsabiqənin keçirilməsində əsas məqsəd milli mədəniyyətin, Nəsimi poeziyasının Azərbaycan poeziyasının xüsusi yerində, mərkəzində olduğuna diqqət çəkməkdir”.
- Baxış: 419