Portaldan istifadə qaydaları sadədir. Borcu olan şəxs Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi saytında “Kompensasiya məbləğinin sorğulanması” bölməsinə daxil olmalı və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, doğum tarixini, mobil nömrəsini qeyd etməlidir. Telefona şifrə gələcək və həmin şifrəni qeyd etməklə şəxsi səhifəyə daxil olmaq mümkündür. Şəxsi səhifə 5 hissədən ibarətdir. Burada şəxs haqqında ümumi məlumatlar, ona hesablanan kompensasiyalar, restruktrizasiyalar öz əksini tapıb.
Orxan İsmayılov Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi:Digər hissə cəmi hesablanan kompensasiyanın daha detallı versiyası, ödəniş borcunun əldə olunacağı və ya ödəniş kartının əldə olunacağı bank və ya poçt rabitəsinin milli opetaroru haqqında məlumatın əldə olunması, Bundan əlavə isə fərmanın digər hissəsini əhatə edən restruktrizasiya ilə bağlı olan məlumatlar öz əksini tapacaq.
Problemli kreditlərin həlli ilə bağlı daha bir yenilik də var. Bu gündən aprelin sonunadək vətəndaşlara SMS göndəriləcək və onlar növbəli şəkildə banka çağırılacaqlar.
Bu arada, Maliyyə Bazarlarına Nəzarət Palatasında problemli kreditlərlə bağlı qaynar xətt də yaradılıb. 966-1-1 qaynar xətti gücləndirilmiş iş rejimində işləyir və axşam saatlarınadək zənglərə cavab verilir. Burada 20 nəfərdən çox işçi çalışır, təkcə 10 nəfər bağlanmış banklarla bağlı suallara cavab verir.
- Baxış: 746