Gəncədə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandıılıb, qarşıya çıxan bəzi problemlərin aradan qaldırılması istiqamətində tapşırıqlar verilib. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncədə fəaliyyət göstərən bir qrup sahibkarla görüşündə icra qurumları tərəfindən iş adamlarının fəaliyyətinə lazımi köməkliklərin göstərilməsi məsələləri üzərində dayanılıb. Neqativ halların aradan qaldırılması və kiçik sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi məqsədi ilə hər bir sahibkarın qanunun tələb etdiyi şəkildə müqavilə bağlayaraq, müvafiq qaydada fəaliyyət göstərməsinin vacibliyinə toxunulub.Sahibkarlıq subyektlərinin bugünün tələblərinə uyğun yenilənməsi, sahibkarlıq fəaliyyətində inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədəki işlərin tənzimlənməsi üçün marketinq tədbirlərinin aparılması da tövsiyə olunub. Sahibkarlara xidmətin müasir səviyyədə yenidən qurulması, istehlakçıların cəlb edilməsi istiqamətində yeniliklərin tədbiqi vacib hesab edilib.
- Baxış: 680