KepezTV Player
Komandalar 20-ci turun oyunları ilə yenidən mübarizəyə start verəcəklər.
Üç günü əhatə edəcək turda qərb derbisi baş tutacaq. İllərlə davam edən əzəli rəqabət çərçivəsində “Kəpəz” səfərdə “Turan Tovuz”un qonağı olacaq. Əvvəlki iddiasından xeyli uzaq düşən komandalar artıq elitanında yox, aşağı liqanın autsayderləri sırasında yer alıb. Amma bu məqam da derbinin əhəmiyyətini tərəflər üçün azaltmayıb.
Qarşıdakı oyun “sarı-göylər” üçün bir növ revanş xarakteri də daşıyır. Belə ki, ilk dövrədə Gəncə klubu doğma meydanda rəqibinə 1:3 hesabı ilə məğlub olub.
“Turan Tovuz” – “Kəpəz” oyunu 20-ci turun ilk oyun - martın 28-də keçiriləcək. Saat 15:00-da başlayacaq görüşü Nicat İsmayıllı idarə edəcək.
Azad Rəfi
- Baxış: 667