• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1395
— 27.03.2019 11:03

Porsche yeni 911 modelinin adaptiv aerodinamikasının necə işlədiyini göstərdi

Porsche şirkətinin YouTube kanalında yeni 911 adlı modelin adaptiv aerodinamik kompleksinin necə işlədiyi paylaşılıb. Bamperdə hərəkət edən damperlər və elektronla idarə olunan spoyler aerodinamik müqaviməti aşağı salır və əyləc yolunu qısaldır. Sportkarın ön bamperindəki damperlər 70 kilometr saat sürət zamanı tam bağlanır, nəticədə istənilən müqavimət əmsalı aşağı düşür. 90 km/saat sürətdə onlara arxa spoyler yardım edir. 170 km/saat sürətdən sonra isə damperlər tam açılır və spoyler sanki “döyüş” vəziyyətini alır, maşını isə yola sıxır. 170 km/saat sürətdə ani əyləc zamanı arxa spoyler hava tozmozu funksiyasını yerinə yetirir. Bütün adaptiv aerodinamika aktiv şəkildə PASM adlı şassilə işləyir. 9-cu nəsil Porsche 911 modelinə gəldikdə o, ötən ilin noyabrında təqdim olunmuşdu.