Gəncənin daha 2 küçəsi yaxın vaxtlarda öz simasını tamamilə dəyişəcək. Söhbət şəhərin Eminbəyli və Rəfibəyli küçələrindən gedir. Uzun müddətdir baxımsız vəziyyətdə olan hər iki küçə əsaslı təmir olunur. İllərdir şəhərdə aparılan infrastruktur layihələrin icrasından sonra daha da yararsız hala düşən adıçəkilən küçələrdən tezliklə həm piyadalar, həm də sürücülər çətinlik çəkmədən hərəkət edə biləcəklər. Ölkə Prezidentinin sərancamına əsasən ayrılan vəsait hesabına ümumilikdə 4 kilometrə yaxın uzunluğu olan küçələrin asfalt örtüyünün yenilənməsi ilə gecələr də bu yolla hərəkət etmək təhlükəsiz olacaq. Çünki quraşdırılacaq müasir işıqlandırma sistemi buna imkan verəcək. Analoji işlər Gəncənin Cumhuriyyət, Fətəli Xan Xoyski, Üzeyir Hacıbəyov küçələrində də həyata keçirilir və qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.
Vidadi Məmmədov -sakin: Neçə vaxt idi bizim küçəmiz çox bərbad gündə idi. Gediş-gəliş mümkün deyildi. Yağış yağanda keçmək olmurdu. Çox sağ olsun dövlətimiz. Bu gözəl işi gördükləri üçün minnətdarıq.
Yusif Məmmədov - sakin: Əvvəl bura ilə gedirdim bütün toz torpaq idi. Indi sağ olsunlar həm asfalt təzələnir, həm bardürlər yenilənir. Əladı abadlaşmağı. Daha toz olmuyacaq maşınlar gedəndə.
- Baxış: 1110