• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1584
— 20.03.2019 12:13

Şəkər xəstələri üçün dərmanların alınmasına ayrılan vəsait artırılıb

KepezTV Player

Bu il şəkərli diabet xəstələri üçün dərmanların alınmasına ötən illə müqayisədə 8 milyon manat və ya 22,2 faiz çox maliyyə vəsaiti sərf ediləcək. Şəkərli diabet üzrə Dövlət Proqramına uyğun olaraq, bununla əlaqədar 2018-ci ilin dövlət büdcəsindən 36 milyon manat vəsait ayrıldığı halda bu il dərmanların alınmasına 44 milyon manat sərf ediləcək. Hazırda Azərbaycanda 264 minə yaxın şəkərli diabet xəstəsi dövlət hesabına daimi dərman və özününəzarət vasitəsilə təmin edilib.