Bayram günlərində Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası da gücləndirilmiş iş rejimində çalışacaq. Buna bayram günlərində stansiyaya çağrışların artması zərurət yaradır. Həmin günlərdə xüsusilə qidalanmadan sonra, eləcə də bəzi xroniki xəstəliklərin baş qaldırması diqqət yetirilməli olan məqamlardır. Bununla belə həkimlər, valideynlərə azyaşlı uşaqlarını travma təhlükəsi olan tonqaldan tullanmaq və pirotexniki vasitələrdən istifadə kimi hərəkətlərdən çəkindirməyə çağırır. Gücləndirilən iş rejimi bayram günləri başa çatanadək davam etdiriləcək.
Namiq Nəbiyev Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi: Gücləndirilmiş iş rejimi dedikdə, növbə səhər saat 8 dən başlayır, axşam saat 8 qədər. Axşam 8 dən isə səhər saat 8 qədər 2-ci növbə işliyir. Adi günlərdə 18 briqada çalışırsa bayram günlərində 21 briqada iş başında olacaq. Bu zaman bizdə 18 a ümumi profillibriqad, 3 kordialoji və 1 psixatrik briqada fəaliyyət göstərir.
- Baxış: 624