KepezTV Player
Xəbər verdiyimiz kimi I sinfə elektron sənəd qəbulu başlayıb. Lakin Novruz bayramı tətilləri ilə əlaqədar olaraq sistem martın 19-u saat 15-dən 27 mart saat 10-dək fəaliyyət göstərməyəcək.Martın 13-dən start verilən 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu Gəncə və Naftalan şəhərləri, Samux rayonu üzrə də həyata keçirilir. Bu rayon və şəhərlərdə yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Bununla bağlı həmin uşaqların valideynlərinə bildirişlər göndərilir.
- Baxış: 552