KepezTV Player
Qarşıdan gələn Novruz bayramı münasibətilə Samux rayonunda Qarabağ müharibəsi iştirakçıları, şəhid və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları 400-dən çox imtiyazlı və aztəminatlı ailənin bayram sovqatını yaşadığı ünvana çatdırıb. Müxtəlif ünvanlarda keçirilən görüşlərdə milli-mənəvi dəyərlərə hörmət, vətənə bağlılıq və azərbaycançılıq ideyalarının əhəmiyyəti vurğulanıb. İmtiyazlı ailələrin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
- Baxış: 321