Hyundai Motor Group-a məxsus Genesis premium brendi özünün uzun G90 L limuzinini yeniləyib. Maşın ötən payızda Koreyada təqdim olunan G90 sedanının bazasında yığılıb. Koreyalılar Genesis G90L avtomobilini limuzin adlandırsa da bu belə deyil. Çünki sərnişinlər üçün VIP yerlərlə sürücü arasında arakəsmə yoxdur. Buna görə o, daha çox streç-sedan tipinə bənzəyir. Genesis G90 L adi sedandan 290 millimetr uzadılmış təkər bazasına görə fərqlənir. Xarici görünüş “atletik zəriflik” ruhunda düzəlib. Yeni Genesis konsepsiyasını məhz belə adlandırırlar. Özünəməxsusluq radiator barmaqlığında, 4 bölməli LED-faralarda və fənərlərdə özünü göstərir. “Cenezis”in içərisində dəri oturacaqlar, orta dayaqda gecə işıqları, informasiya sisteminin ekranı gözə dəyir. Amma oturacaqları horizontal şəkildə dəyişmək mümkün deyil. Bundan başqa uzadılmış sedanın interyeri iki rəng çalarları ilə seçilir. Burada tünd boz-göy dəridən istifadə olunub. Streç-sedan 5,0 litrlik atmosfer V8 motor hərəkətə gəlir. 413 at güclü mühərrik 8 pilləli avtomat sürət qutusuna birləşir. Tam ötürücülü maşını Cənubi Koreyada 137 min dollara sifariş vermək olar.
- Baxış: 754