KepezTV Player
Gəncəli boksçu Rüfət Hüseynov Rusiyanın Vladiqafqaz şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında fəxri kürsüyə yüksəlib. 49 kq çəki dərəcəsində döyüşən Hüseynov mübarizəyə ¼ finaldan başlayıb. Bu mərhələdə Nizami yurdunun yetirməsi macarıstanlı rəqibini məğlub edərək yarımfinala vəsiqə əldə edib. Növbəti mərhələdə isə dəri əlcək ustası Rusiya idmançısı ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Beləliklə, Rüfət Hüseynov yarımfinalda uduzsa da, bürünc medala sahib çıxıb. Bu, Azərbaycan millisinin Vladiqafqazda ilk mükafatı olub.
Orxan Cəfərzadə
- Baxış: 1282