• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1513
— 16.03.2019 12:47

”Sevgi ölmür” Samux tamaşaçılarına nümayiş etdirilib

KepezTV Player

Gəncə Dövlət Dram Teatrı Samux sakinləri qarşısında “Sevgi ölmür” tamaşası ilə çıxış edib. Rayon Mədəniyyət evinin səhnəsində yazar Ofelya Mədədqızının qələmə aldığı lirik drama quruluşu Elşad Əhmədov verib. Tamaşanın quruluşçu rəssamı Vahab Cəfərov, musiqi tərtibatı isə Tünzalə Mustafayevadır. Səhnədə Günay Cabbarova və Ruslan Hüseynov baş rolları ifa edib. Rolları isə əməkdar artistlər Sevda Orucova, Rahilə Məmmədova və başqa aktyorlar oynayır. Müəllif əsərdə öz yaşadığı həyatını qələmə alıb. Nərgiz və Cəfərin timsalında yaşanan saf, ülvi məhəbbət tamaşaçıya çatdırılıb. “Sevgi ölmür” tamaşası ötən il hazırlanıb təhvil verilsə də tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Ona görə də teatr kollektivi bu səhnə əsərini region tamaşaçıları üçün də nümayiş etdirməyi qərara alıb.

Elşad Əhmədov quruluşçu rejissor:Hər bir insanın həyatında baş verən hansısa bir hadisə sonradan teatr səhnəsində canlandığı üçün insanlara bir o qədər yaxındı. Biz ancaq getdiyimiz rayonlarda, şəhər mərkəzlərində insanların məhəbbəti sevgisi ilə qarşılaşırıq.