KepezTV Player
Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi çərçivəsində Qazaxda yem emalı müəssisəsi fəaliyyətə başlayıb. Müəssisədə istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb. Yem emalı müəssisəsinin istifadəyə verilməsi rayon sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə, məşğulluğun təmin olunmasına şərait yaradacaq. Ümumilikdə indiyədək birgə reallaşdırılan layihə çərçivəsində 20 yem emalı müəssisəsi istifadəyə verilib.
- Baxış: 1065