Türkiyənin Gəncədəki baş konsulluğunda türk tarixinin şanlı səhfələrindən olan Çanaqqala zəfərinin 104-cü il dönümü qeyd olunub. Türkiyənin şanlı zəfər tarixinə çevrilən bu gündə Osmanlı dövləti dünyaya türk əsgərinin rəşadətini nümayiş etdirib. 8 ay davam edən Çanaqqala savaşları hər iki tərəf üçün böyük itkilərə səbəb oldu. Qələbə türk ordusunun 250 min əsgərinin şəhid olması hesabına əldə edilib. Tədbirdə Türkiyə Cumhuriyyətinin quruluşundan sonra parlamentin qərarı ilə hər il martın 18-nin "Çanaqqala zəfəri" kimi qeyd edildiyi vurğulanıb. Bu döyüşlərdə 3 mindən çox azərbaycanlı əsgər də şəhid olub. Çanaqqala müharibəsi 1915-1916-cı illərdə Osmanlı dövləti ilə müttəfiq Avropa dövlətləri arasında aparılan dəniz və quru müharibələri kimi tarixə düşüb. Daha sonra dahi türk şairi Məhmət Akifin Çanaqqala zəfərinə həsr olunan şerlər səsləndirilib.
- Baxış: 803