Ötən il Göygöl rayonunda şəkər çuğundurunun hər hektarından orta məhsuldarlıq 37 ton olub ki, bu da qabaqki illərlə müqayisədə 10 faiz çoxdur. Rayon üzrə məhsuldarlığın respublika üzrə orta göstəriciyə yaxın olması bu sahəhə marağı da artırıb. Fermerlərin əldə etdiyi bu göstərici dövlət tərəfindən də diqqətdən kənarda qalmayıb.
Taleh Hüseynov - fermer: Keçən il şəkər çunudurundan yüksək məhsul əldə etmişəm. Hektara 86 ton şəkər çuğunduru istehsalım olub. Bu il isə hektarı artırıb etmişəm 26 hektar etmişəm. Şəkər çuğundurundan gəlirimiz çox olduğu üçün cənab presidentin göstərişi ilə mənə əmək ordeni təqdim olunub.
Göygöl rayon Balçılı kənd sakini Taleh Hüseynov ötən il rayonda şəkər çuğunduru əkən 61 istehsalçıdan biridir. O, əkin apardığı 18 ha-da texnika, toxum, eləcə də digər aqrotexniki qulluqla bağlı təmin olunmaq üçün Azərbaycan Şəkər İstehsalat Birliyi ilə müqavilə bağlayıb.
Adil Kərimzadə - Göygöl DAİM-in bitkiçilik sektorunun müdiri: Göygöl rayonun da şəkər çuğundurunun hektardan məhsuldarlığı Respublikadan orta məhsuldarlığa yaxındır. Şəkər çuğundurunun əkininə maraq yüksək olduğu üçün ilbə il çalışırlar ki, hektardan məhsuldarlığı yüksəltsinlər, daha çox məhsul əldə etsinlər və maddi maraqlarını da təmin etsinlər. Şəkər çuğundurunun həm əkininə görə həmdə təhvil verilmiş məhsulun hər tonuna görə dövlət tərəfindən 4 manat yardım verilir.
Artıq 10 günə yaxındır rayonda şəkər şuğundurunun səpininə başlanılıb və 60 ha yaxın ərazidə proses yekunlaşıb.
Məzahir İbrahimov - mexanizator: Gündə 7-8 hk şəkər çuğunduru sğpirik. Traktorun arxasına qoşulan qoşqularımız İtaliyadan gətirilib. Hamısı sazdı və zavod tərəfindən verilib. Toxumu da səprik ara məsafəsi 50 santimetrdir.
Şəkər çuğundurunun toxumu xaricdən gətirilib. Bu toxumun üstünlüyü ondan ibarətdir ki, gəmiricilərə eləcə də ziyanvericilərə qarşı fosforlanıb. Toxum 5 sm torpağa basdırılır və 20 gündən sonra cücərməyə başlayır.
Rayonda ötən il ölkə üzrə əkin aparılan ərazilən 4 faizi qədər - 501 ha ərazidə şəkər çuğunduru əkilib. Əldə edilən 18 min 478 ton məhsul isə ölkə üzrə göstəricinin 4.5 faizini tə.kil edir. İmişli Şəkər Zavoduna təhvil verilən məhsuldan fermerlərin gəliri 1 milyon manata yaxın olub ki, bunun da yarısı mənfəəət deməkdir. Rayonun 12 kəndində aprel ayına kimi yekunlaşdırılan səpindən əldə ediləcək məhsulun yığımına sentyabırda başlanılacaq.
Elnur Vahidoğlu
- Baxış: 1422