Cenevrə motorşousunda Aurus Senat S600 və onun zirehli L700 modifikasiyası sərgilənib. Model ilk dəfə ötən ilin avqustunda Moskva avtosalonunda təqdim olunmuşdu. S600 sedanının uzunluğu 5,6 metr, L700-ünkü isə 6,6 metrdir. Təkər bazası müvafiq olaraq 3,3 metr və 4,4 metrə bərabərdir. “Maybax” və Rolls-Royce Phantomun uzunluğunu müqayisə etsək onlar 5,4 və 5,9 metrə malikdir. Senatın zirehli modifikasiyasının çəkisi 6,9 tondur. Hər iki avtomobil 4,4 litrlik motor, 40 at güclü elektromotor və 9 diapazonluq avtomatik sürət qutulu hibrid güc sistemilə təchiz olunub. Adi tam ötürücülü sedan “yüzü” 6 saniyəyə yığır. Zirehli versiya isə buna 9 saniyədə nail olur. Maksimal sürət 250 km/saatla məhdudlaşır. Senat maşınını elə indidən sifariş vermək olar. Çatdırılmalarsa növbəti ilin yayından tez olmayacaq. Avtomobillər Moskvada yığılır. 2020-ci ildə o, Tatarıstanda da hazırlanacaq. Belədə istehsalat həcmini il ərzində 5000-ə çatdırmaq mümkün olacaq. Son məlumatlara görə, analoji limuzin və sedan üçün 200-dən çox sifariş qəbul olunub. Ortalama qiymət 150800 dollardır.
- Baxış: 711