Əlamətdar gün münasibətilə zərif cinsin nümaydələri mükafatlandırılıblar.
Göygöldə Beynəlxalq Qadınlar günü təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan, eləcə də veteran qadınların iştirakı ilə qeyd olunub. İstedadı, zəkası və iradəsi ilə seçilən Azərbaycan qadınlarının tarixin bütün dövrlərində səmərəli fəaliyyət göstərdikləri, ən ağır sınaqlardan mətanətlə, üzü ağ çıxaraq taleyüklü məsələlərin həllinə layiqli töhvə verdikləri vurğulanıb. Göygöldə də qadınların ictimai-siyasi, mədəni və iqtisadi həyata fəal iştirak etdikləri, genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə öz töhfələrini verdikləri vurğulanıb. Ötən illər ərzində rayon qadınlarından 5-ı əməkdar müəllim, 10 nəfər tərəqqi, 1 nəfər isə dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edilib. Bu il ölkə prezidentinin sərəncamı ilə daha bir nəfər mükafatlandırılıb. Aşıq Şəmşir adına Göygöl uşaq musiqi məktəbinin direktoru Nuranə Quliyeva tərəqqi medalı ilə təltif edilib. Bayram tədbirində qadınlara rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Tədbir incəsənət ustalarının, konsert proqramı ilə davam edib. Şəmkirdə də xanımlar diqqətdən kənar qalmayıb. Təşkil edilən tədbirdə qadınlar bayram münasibəti ilə təbrik edilib, onlara ən xoş arzular çatdırılıb. Ölkəmizdə qadınlara dövlət qayğısı və bu sahədə həyata keçirilən dövlət siyasətindən danışılıb. Qadınların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyi nəzərə çatdırılıb. Çıxışlarda rayonun müxtəlif idarə və müəssilərində çalışan qadınlarının əldə etdikləri uğurlardanda söz açılıb. Dövlətə və dövlətçiliyə daim sadiqlik nümayiş etdirən Şəmkirli qadınlar öz fəallıqları ilə seçilirlər. Bütün bunların nəticəsidir ki 20-ə yaxın Şəmkirli qadın ayrı-ayrı illərdə ölkə rəhbərliyi tərəfindən müxtəlif adlar və medallarla təltif edilib. Rəsmi hissədə qadınlara rayon icra hakimiyyəti tərəfindən qiymətli xatirə hədiyyələri təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.
Natiq Hüseyn
- Baxış: 1432