![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/Energizer-Power-Max-P8100S.jpg?itok=3yDdaWwJ)
İspaniyanın Barselona şəhərində keçirilən Mobil Dünya Konqresi çərçivəsində Energizer şirkəti Power Max P8100S adlı 5G bağlantını dəstəkləyən smartfon təqdim edib. Konqresdə daha əvvəl ilk olaraq 18 min mAs həcmli batareyasını göstərən Energizer indi də güclü Max P8100S telefonunu ilə təəccübləndirməyə çalışıb. Mobil cihazın iki ekranı var. Bu ekranlardan biri 6 düymlük Full HD +, ikincisi 8.1 düymlük tam HD + çözünürlüğünə malikdir. Energizer Power Max 8100S xüsusiyyətləri:
8 Core Snapdragon 855 prosessor (1 × 2.84 GHz Kryo 485 və 3 × 2.42 GHz Kryo 485 və 4 × 1.8 GHz Kryo 485)
8 GB RAM
256 GB yaddaş (256 GB-ə qədər microSD dəstəyi)
48 MP və 12 MP ana kameralar
24 MP selfie kamera
Tünd qırmızı rəng seçimi
Aduno 640 GPU
2G / 3G / 4G / 5G dəstəyi
18w sürətli şarj və 10000 mAs batareya
Smartfon 850 avro qiymətlə satışa buraxılacaq.
- Baxış: 881