Tovuz, Qazax və Ağstafa rayonlarını əhatə edən 106 saylı Dairə Seçki Komissiyasında hazırda məntəqələrdən daxil olan seçici siyahılarının dəqiqləşdirilməsi aparılır, əlaqədar qurumlardan daxil olan məlumat və statistik göstəricilər təhlil edilir. Ümumilikdə dairənin 37 məntəqəsi üzrə 48 minə yaxın seçici siyahıya alınıb.
İlqar Hüseynov 106 saylı Tovuz-Qazax-Ağstafa DSK-nın sədri:Dairə üzrə vəfat edənlər, yeni qeydiyyata düşənlər, qeydiyyatdan çıxanlar, soyadını dəyişənlər, hərbi xidmətə gedənlər - bütün bunların seçici siyahılarında dəqiqləşdirilməsi aparılır. Biz həmçinin bütün məntəqlərimizdə invertarizasiya işlərini də aparırıq. Məntəqələrin seçki günü lazım olan invertarları yoxlanılır. Əsasən də generator və texniki parametirləri.
Seçki dairələri üzrə ilkin seçici siyahılarının dəqiqləşdirilməsi aprelin 5-dək yekunlaşdırılaraq MSK-ya təqdim edilməlidir. Proses başa çatdıqdan ölkə üzrə yenidən tərtib olunan vahid siyahı Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdiriləcək. Hər hansı səbəbdən adlarını seçici siyahılarında tapmayan vətəndaşlar Mərkəzi Seçki Komissiyasının 115 nömrəli qaynar xəttinə zəng vura və ya Komissiyanın internet səhifəsində olan onlayn ərizə formasını doldurmaqla müraciət edə bilərlər.
- Baxış: 440