Samux rayonunda bəslənən 24 min baş iri, 155 min baş xırda davardan 22 min baş iribuynuzlu, 2500 baş təkdırnaqlı heyvan peyvəndləməyə cəlb edilib. Dövlət Baytarlıq Xidməti tərəfindən aparılan profilaktik tədbirlər əsasən qarayara xəstəliyinin yayılmasının qarşısını almaq məqsədi daşıyır. Rayonda epizootik vəziyyəti stabil saxlamaq üçün ev itləri də quduzluq əlehinə peyvənd olunur. Peyvəndləmə aparılan təsərrüfatlarda eləcə də dezinfeksiya tədbirləri də görülür.
Rübail Nəsibov - təsərrüfat sahibi: Bizə böyük bir stimul verilib. Hər bir sahədə əkində toxumçuluqda kübrə verilməsində sort heyvanların gətirilməsində bizə böyük dəstək var. Biz bundan ruhlanaraq təsərrüfatımızı daha da genişləndiririk. Bundan böyük təsərrüfatlar yaratmağa qadiriq.
- Baxış: 1214