KepezTV Player
Bakıda evdə odun sobası partlayıb. Hadisə paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun yaxınlığında baş verib.Həmin ərazidə yaşayan, 25 yaşlı Nargilə Əliyeva yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici kimyəvi məhlul töküb.Nəticədə odun sobası partlayıb və bu zaman Nargilə Əliyeva, həyat yoldaşı, 29 yaşlı Sadiq Əliyev, övladları, 7 yaşlı Xədicə Əliyeva və 2 yaşlı Məhəmməd Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 2 yaşlı körpə xəstəxanada dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.
- Baxış: 711