Bu günə xəbərlərin oxunma sayı: 666
—
16.02.2019 12:44
Şəmkirdə 26 yaşlı gənc bıçaqlanıb
Şəmkirdə bıçaqlanma olub. Könüllü kəndində 26 yaşlı Kənan Məmmədov tanışı ilə mübahisə edib və nəticədə 2 bıçaq yarası alıb. Zərərçəkən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Xaliq Qurbanlı
- Baxış: 1372
