TR Supercars şirkəti TVR-dən olan keçmiş mühəndisləri Cerbera Speed 12-nin müasir— Speed 12 Turbo adlı versiyasını yaradıb. Layihədə ən son texnologiyalardan istifadə olunub. Ustalar əllərindən gələni ediblər ki, maşın ictimai yollar üçün yararlı olsun. Onu hətta dartma nəzarət sistemilə təchiz ediblər. Hiperkarın çəkisi 1448 kiloqramdır. Iki qapılı avtomobil Aston Martin V12 motoru ilə işləyir. At gücü isə 1026-a bərabərdir. 6 pilləli mexaniki sürət qutusu ilə maşın ilk yüzü 2,9 saniyəyə yığır. Maksimal sürət 350 km/saatdan çoxdur.
- Baxış: 541