• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 907
— 06.02.2019 16:20

Bir ailə dəm qazının qurbanı oldu

KepezTV Player

Hadisə rayonun Boradigah qəsəbəsində, Nurullayevlər ailəsində baş verib. Bakı şəhərində yaşayan, 55 yaşlı Hənifə Nurullayev, həyat yoldaşı 45 yaşlı Elnurə Zülfüqarova və onların övladı 20 yaşlı Əli Nurullayev kənddə olan evlərinə gediblər. Uzun müddət orada yaşamadıqları üçün evi isitməkdən ötrü yolüstü İran istehsalı olan qaz sobası alıblar. Evə çatan kimi dərhal sobanı quraşdırıblar və tüstü borusunu bacaya birləşdiriblər. Ardınca sobanı yandırıb yatıblar. Tüstü bacasında quş yuva qurduğundan sobadan çıxan dəm qazı evə dolub. Nəticədə ailə üzvləri boğulub. Onların kəndə gəlişindən xəbər tutan qohumları Nurullayevlərdən məlumat almadıqları üçün  günorta saatlarında mobil telefonlarına zəng ediblər. Hər üç şəxsin telefona cavab vermədiyini gördükdə evə gələrək qonşuların köməyi ilə eyvandan içəri giriblər. Qarşılaşdıqları mənzərə isə tükürpədən olub. Qohumlar artıq Hənifə Nurullayev və Elnurə Zülfüqarovanın dünyalarının dəyişdiklərini, Əli Nurullayevin isə ağır vəziyyətdə olduğunu görüblər. O, Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.