• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1383
— 06.02.2019 10:03

Xiaomi Redmi Go buraxıldı

Çinin Xiaomi şirkəti başlanğıc səviyyəli qurğular üçün optimallaşdırılan Android Go platforması əsasında ilk smartfon təqdim edib. Redmi Go adlı modelin bu ay ərzində Avropa və Filippində satışa çıxarılması nəzərdə tutulur. Smartfon HD (1280 x 720 piksel) təsvir ölçülü 5 düym diaqonallı ekran, 5 meqapikselli ön və 8 meqapikselli əsas kamera, 1 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaş, 128 giqabayt tutumlu microSD formatlı yaddaş kartları üçün çıxışla təchiz edilib.

Qurğunun aparat əsasını dördnüvəli Qualcomm Snapdragon 425 prosessoru təşkil edir. Akkumulyator tutumu 3 min milliamper/saata bərabər smartfon Android 8.1 Oreo Go Edition əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Xiaomi Redmi Go smartfonunun Avropada təxmini qiyməti 80 avro təşkil edir.