• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1401
— 05.02.2019 10:50

Detroyt motorşousunun ən yaxşı avtomobilləri

Detroyt avtosalonunun ən yaxşı maşınları məlum olub. Qalibləri EyesOn Design-dan olan xüsusi jürilər seçib. 30-dan çox jüri dünyanın tanınmış dizaynerləridir. Ən çox mükafatı Infiniti QX Inspiration prototipi qazanıb. O, “Ən yaxşı konsept”, “Ən yaxşı interyer” və “Rəng və materialların innovasiyalı şəkildə istifadə edilməsi” nominasiyasında birinci olub. Konsept elektro-modellər seriyasının ən son nümayəndəsidir və bir neçə ildən sonra istehsala çıxarılacaq. Ən yaxşı interyer də Infiniti şirkətinə məxsusdur. 2018-ci ildə marka Q Inspiration prototipini sərgiləmişdi. Fordun indiyəqədər ən güclü modeli hesab olunan Ford Mustang Shelby GT 500 isə sərginin ən yaxşı seriyalı avtomobili seçilib. O, 5,2 litrlik kompressorlu 700 at güclü motorla təchiz olunub. Transmissiya isə robotlaşdırılmış sürət qutusundan ibarətdir. Lexus LC kabrioleti isə “Ən yaxşı işıqlanma texnikası” mükafatına layiq görülüb. Avtomobil 22 düymlük təkərə, ağ dəri salona və V8 atmosfer mühərrikə sahibdir. Yaponlar bu maşını qısa zamanda istehsal etmək niyyətindədirlər.