
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) dünyanın ən yüngül peyki - Kalamsat-V2-ni orbitə çıxarıb.
Sözügedən peykin çəkisi 1,26 kq-dır. Aparat Space Kidz India özəl təşkilatının dəstəyi ilə hindistanlı tələbələr tərəfindən yığılıb. Kalamsat-V2 peykinin orbitə uğurlu çıxarılmasından sonra ISRO-nun direktoru ölkənin bütün tələbələrini kosmik tədqiqatlar sahəsində əməkdaşlığa səsləyib.
- Baxış: 476