• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 907
— 30.01.2019 10:03

Yeni Hisense televizorları göstərildi

Çinin Hisense dövlət şirkəti displey və televizorlar sahəsində yeni texnologiyalar, o cümlədən ULED seriyalı televizorlar, TriChroma adlı lazer televizorlar və ultranazik Sonic One TV modeli nümayiş etdirib. Şirkət ilk dəfədir Android TV və Roku TV platformalı televizorlar təqdim edir. Yeni ULED televizorlar sırasına 4K təsvir ölçüsünə malik Hisense U9F modeli başçılıq edir. Televizor kvant piksellər texnologiyasını dəstəkləyir, 2 200 kandel kvadratmetr səviyyəsində parlaqlığa və yüksək kontrastlı təsvir üçün 1000-dən çox tündləşmə zonasına malikdir.

İstehsalçı nümayəndələrinin sözlərinə görə, 4K təsvir ölçülü "ağıllı" TriChroma lazer televizorları (model nömrəsi 100L7T) məhdudiyyətsiz rənglər spektrini, o cümlədən tam ağ rəngi (Pure White) dəstəkləyir. TriChroma televizorları "DCI-P3" rəng məkanının 100 faizini əhatə edən geniş spektrli rəng çalarlarının göstərilməsi üçün üç müstəqil lazeri birləşdirən X-Fusion Laser Light Engine texnologiyasını dəstəkləyir. TI DLP prosessoru dinamik səhnələrin 8,3 milyon piksel üçün 32 mikrosaniyə səviyyəsində yenilənmə tezliyi ilə yüksəksürətli emalını təmin edir. Nazik Sonic One monoblok televizorunun qalınlığı təxminən 3 mm təşkil edir. Belə nəticə pyezoelektrik dinamiklərdən istifadə sayəsində mümkün olub.