• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 850
— 23.01.2019 10:02

Bağlamaları çatdıran robot-itlər sərgiləndi

Las-Veqasda keçirilən texnologiya sərgisində Continental şirkəti bağlamaların çatdırılmasını avtonom sistemlə təmin edən konsepsiyasını sərgiləyib. Bu işi avtonom elektromobil və 4 ayaqlı robotlar yerinə yetirib. Rəsmilərin ideyasına görə, CUbE adlı kiçik elektromobil-kapsullar robotları lazım olan rayona gətirir, daha sonra bu robotlar sifarişləri yaxınlıqdakı müştərilərə çatdırır. Videodan görünür ki, itə bənzər robotlar bellərində bağlama təyin olunmuş ünvana gəlir, qapının zənginin basır və gözləmədən bağlamanı qapıya qoyur. Bütün proses adi kuryerin çatdırmağından daha çox vaxt alır. Hər şeyə rəğmən sonda robot kiçik qələbə rəqsi də edib.