• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1633
— 10.01.2019 15:40

Samuxda baytarlar proflaktik tədbirlərə start verib

KepezTV Player

Epizootik plan əsasında davam etdirilən proflaktik tədbirlər Samuxda da aparılır. Baytar həkimlər rayondakı təsərrüfatlarda iri buynuzlu heyvanları qarayara, sahibli itləri isə quduzluq əlehinə peyvənd edirlər. Bunun üçün Dövlət Baytarlıq Xidməti tərəfindən rayona 105 min doza vaksin göndərilib. Artıq göndərilən vaksinlərin bir qismi təsərrüfatlarda istifadə olunub. Proses ayın sonunadək davam edəcək. Samuxda 25 minə yaxın iribuynuzlu heyvan, 155 min xırda davar bəslənilir. Mal-qaranın vaxtında müayinə və müalicəsi 6 baytar sahə məntəqəsi tərəfindən həyata keçirilir. Ötən il vaxtaşırı həyata keçirilən profalktik tədbilər xəstəliklərin baş qaldırmasına imkan verməyib.

Elvin İsmayılov təsərrüfat sahibi: 11 baş iri buynuzlu heyvanım var. Hal-hazırda qarayaraya qarşı vaksin vuruldu. Üç sahibli itimizdə var onlarda quduzluğa qarşı peyvənd edildi. Heç bir xəstəlik aşkar olunmadı. Əgər hər han ıs bir xəstəlik aşkar olunarsa kəndimizin  həkimi var ona müraciət edirik. Lazım olan tədbirlər görülür. 

Elçin Rüstəmov Samux Rayon Baytarlıq İdarəsinin rəisi: İribuynuzlu heyvanlardan artıq 4000 başı artıq qarayara əlehinə peyvənd edilib. Rayonda mövcud olan 3000 sahibli itdən 170-nə quduzluğa qarşı vaksin vurulub. Dövlət Baytarlıq Xidməti tərəfindən vaksinlər soyuq zəncir prinsipinə əməl edilməklə bölgələrə bölgələrdən isə sahə məntəqələrinə çatdırılır.

Natiq Hüseyn