• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 902
— 20.12.2018 10:52

560 min kilometr gedişi olan Beetle avtomobilini pulsuz yenilədilər

Amerikalı Ketlin Bruks 1966-cı ilin orijinal Volkswagen Beetle maşınına sahibdir. O bu günə qədər 560 min kilometr yol qət edib. Bu yaxınlarda isə Bruks qeyri-adi təklif alıb. Belə ki, markanın Amerika bölməsi xanımın avtomobilini restavrasiya etmək üçün icazə istəyib. Maşının bərpası 11 ay vaxt alıb. Onun üzərində Volkswagen zavodunun 60 işçisi tər töküb. Ən çox vaxt aparan alt hissə, asma elementləri və transmissiya olub. İşləməyən elektrik hissələrini də düzəltmək əməlli-başlı əziyyət olub. Maşının 40 faizi dəyişdirilib, 347 detal isə bərpa olunub. Beetle ən son modeldə rast gəlinən disk tormozlarına da yiyələnib. VW ustaları asmanı və sürət qutusunu təzələyiblər. Mühərrik də yenidən yığılıb, təmizlənib və yerinə qoyulub. Sahibi isə köhnə maşınını yeni vəziyyətdə görəndə göz yaşlarını saxlaya bilməyib.