• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 916
— 18.12.2018 10:16

Volvo şirkəti Tesla Semiyə rəqib hazırladı

Çinli investorlara məxsus olan Volvo avtomobil istehsalçısı Şimali Amerikada elektrikli yük maşınları bazarını Tesla şirkətinə vermək niyyətində deyil. Beləliklə şirkət Tesla Semi yük maşınının rəqibi olacaq VNR Electric-i anons edib. Şirkətin Volvo Trucks adlı şöbəsi sözügedən yük maşınının konseptini anons edən zaman onun texniki göstəriciləri barəsində heç bir məlumat verməyib. Həmçinin VNR Electric-in hansı həcmdə yük daşıya biləcəyi də məlum deyil. Lakin çox güman ki, o, Tesla Semi-nin daşıya bildiyi yük həcmi qədər yük daşıya biləcək. Tesla Semi təxminən 36 ton yük daşıma qabiliyyətinə sahibdir. Bir neçə müddət bundan öncə Volvo şirkəti 16 ton ağırlığında olan FL Electric yük maşınını təqdim etmişdi. Həmin yük maşını 100-300 kilovatt saat göstəricili batareyalar ilə təchiz oluna bilir. Onların sayəsində FL Electric bir dəfə şarj olunandan sonra 300 km yol qət etmək imkanına malik olur. Bundan başqa şirkət 200 km yol qət etməyi bacaran elektrikli zibil maşınını da hazırlayıb. Lakin bütün bu modellər Volvo şirkətinin artıq var olan dizel modelləri əsasında hazırlanıb. VNR Electric yük maşını isə şirkətin tamamilə yeni məhsuludur. Maşından şəhərdaxili və regionlararası yük daşınmalarında istifadə etmək planlaşdırılır. Yeni elektrikli yük avtomobilinin testləri gələn il Kaliforniyada keçiriləcək. 2020-ci ildə isə onun irimiqyaslı istehsalına start veriləcək.