• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1182
— 05.12.2018 10:02

Volkswagendən yeni elektrikli furqon

Elektrikli Volkswagen I.D. Buzz Cargo furqonunu I.D. R Pikes Peak texniki xidmət avtomobilinə çevirdilər. Avtomobili elektron hissələri saxlama sistemilə, elekton avadanlıqları üçün 230 voltluq taxıc yuvası və günəş paneli ilə təchiz ediblər. Belədə maşının gediş ehtiyatı daha 15 kilometr artıb. Maşın xarici görünüşdən prototipdən fərqlənmir. Tam ötürücülü furqonun güc sistemi ümumilikdə 201 at güclü iki elektromotordan və 48-dən 111 kilovatt-saatadək həcmli akkumlyator blokundan ibarətdir. Bir dəfə enerji yükləməklə maksimum 500 kilometr məsafə qət etmək olar. 150 kilovattlıq terminaldan batareya 80 faiz enerjini 30 dəqiqəyə yığır. Volkswagen I.D. Buzz Cargo elektrikli qapılarla təmin olunub. Onlar smartfonda olan virtual açarla açılır. Avtomobildə 20 düymlük təkərləri, ID Pilot avtonom idarəetməsini, mərkəzdə 3 oturacağı və əlavə reallığı dəstəkləyən proyeksiyalı alətlər panelini də qeyd etmək lazımdır. ID Buzz 2022-ci ildən istehsal olunacaq.