KepezTV Player
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları Bakı-Qazax magistralının kənarında yerləşən yaşayış məntəqələrində məktəblilər və ictimayyət nümayədələri ilə proflaktik söhbətləri davam etdirir. Şəmkirin Könüllü kəndində keçirilən görüşdə məktəblilərə piyadanın vəzifələri, yol nişanları, eləcə də nizam-intizam qaydaları barədə ətraflı məlumat verilib. Məqsəd uşaqların və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəsinin yüksəldilməsinə nail olmaqdır.
Natiq Hüseyn
- Baxış: 692