Akademikin 90 illik yubileyi ilə əlaqədar baş tutan konfransda Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərinin müəyyənləşdirilməsində və onun aktual problemlərinin həllində, bütövlükdə aqrar elmin inkişafında, buğdanın məhsuldarlığının əsası kimi fotosintez prosesinin kompleks tədqiqində alimin rolundan danışılıb. Respublikanın müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələrindən konfransa təqdim edilən 100-dən çox məqalələr Cəlal Əliyevin apardığı fundamental araşdırmaların və elmi nailiyyətlərin müxtəlif aspektlərinə həsr olunub. Ölkə Prezidentinin “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrasından irəli gələrək keçirilən konfrans öz işini bölmələrdə davam etdirib. Konfransın yekununda aqronomluq fakültəsində akademik Cəlal Əliyev adına Bitki fiziologiyası laboratoriyasına baxış keçirilib.
- Baxış: 809