• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1233
— 30.11.2018 14:58

Şəmkirdə “Ulduzlu səmalar” adlı səyyar sərgi təşkil olunub

KepezTV Player

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Şəmkir Gənclər Mərkəzində “Ulduzlu səmalar” adlı səyyar sərgi təqdim olunub. Sərgidə Azərbaycanın aparıcı müasir rəssamları Aida Mahmudova, Faiq Əhməd, Fərid Rəsulov və dünyaca məşhur Mikelancelo Pistolettonun əsərlərindən təşkil olunan ekspozisiya nümayiş etdirilib. Əvvəlcə yaradıcı gənclər ictimaiyyət nümayəndələrinə və media mənsublarına sərginin məqsədləri barədə məlumat verib. Yenilənən ənənələr, fərqli dəyərlər sərginin əsasını təşkil edib. Ekspozisiyada nümayiş olunan əsərlərin konseptləri sintez və eksperiment aparmaq marağından qaynaqlanır. Bununla belə, bu əsərlər tamaşaçını interaktivliyə dəvət edir. Sərginin açılışında çıxış edənlər bu cür mədəni tədbirlərin qədim tarixə və zəngin mədəniyyətə malik Şəmkirdə keçirilməsini yüksək qiymətləndiriblər. Sonra ictimaiyyət nümayəndələri sərgidə təqdim olunan əsərlərlə yaxından tanış olmaq imkanı qazanıblar.

Fərəh Ələkbərli - sərginin kuratoru: Sərginin ümumi konsepti ənənə ideyasından qaynaqlanır. Bu o ənənədir ki təkcə irs mənasında deyil həm də materialların incənəsət növlərinin ənənəvi növlərini nəzərdə tutur. Onların müasir dövrümüzdə transformasiyasını və informasiyalarını nəzərdə tutur.

Hökümə Kərimova “YARAT” Müasir İncəsənət Məkanının departament rəhbəri Əsas məqsədimiz Yaratın Bakıda sərgilədiyi əsərləri regionlara gətimrəkdir. Regionda olan insanlar hansılar ki Bakıya gələ bilmirlər bizim sərgilədiyimiz layihələrlə tanış ola bilmirlər onlar daha da yaxın olsunlar. Burada o işlərlə tanış olsunlar. Rəssamları tanısınlar. Bilsinlər ki “YARAT” Müasir İncəsənət Məkanının fəaliyyəti nədən ibarətdir.

 

Natiq Hüseyn