10 saylı regional ekologiya və təbii sərvətlər idarəsi tərəfindən keçirilən yoxlamalar atmosferə atılan zərərli tullantıların miqdarının norma həddini aşdığını aşkara çıxarıb. Şəhərdə fəaliyyət göstərən bir sıra şadlıq saraylarında aparılan ekoloji ölçmələr zamanı bəzi iaşə obyektlərində atmosfer havasına həddindən artıq zərərli tullantıların atılması müəyyən edilib. Müasir qaz, tüstütutucu qurğulardan istifadə etməyən və ekoloji çirklənməyə yol verən sahibkarlar inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər. Çatışmazlıqların 20 gün ərzində aradan qaldırılması üçün məcburi göstərişlər verilib.
Reyhan İsgəndərova 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquqşünası:Reydlər zamanı şəhərdə fəaliyyət göstərən 17 şadlıq sarayına baxış keçirilmişdir. Bunlardan 15 şadlıq sarayının rəhbərləri vəzifəli şəxs qismində inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə 2500 manat məbləğində cərimə olunmuşdur. 2 şadlıq sarayında müasir qaz, tüstütutucu qurğu aşkar olunmuşdur. Ölçmə zamanı heç bir zərərli maddənin norma həddini aşmadığı göstərilmişdir. Digər şadlıq saraylarında da reydlərin aparılması planlaşdırılır.
- Baxış: 973