• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1245
— 29.11.2018 16:16

Gəncədə YAP-nın yaranmasının 26, partiyanın şəhər Təşkilatının isə 25 illiyi münasibəti ilə konfrans keçirilib

KepezTV Player

Ümummilli lideri Heydər Əliyevin adını daşıyan Mərkəzin qarşısında ulu öndərin ruhuna ehtiram nümayiş etdirilib, dahi şəxsiyyətin həyatını, ictimai-siyasi fəaliyyətini, gəncəyə səfərlərini əks etdirən bölmələrlə tanışlıq olub. Qərb regionundan YAP fəalları, millət vəkilləri, ictimayyət nümayəndələri iştirak etdiyi konfransda bu siyasi təşkilatın Cənubi Qafqazın ən böyük partiyası olmasından və Azərbaycan xalqının təkidi ilə yaranmasından danışılıb. Hazırda 730 mindən çox üzvü olan partiyanın ən böyük təşkilatı Gəncədə fəaliyyət göstərir. Şəhər təşkilatının 42 min üzvü olduğu və 252 ərazi ilk partiya təşkilatında birləşənlərin 56 faizini gənclər, 62 faizini qadınlar təşkil edir. Gəncəli siyasi həmfikirlər ölkəmizin, eyni zamanda şəhərin sosial-iqtisadi, mədəni, ictimai həyatında yaxından iştirak edir və öz fəallıqları ilə seçilirlər. Tədbirdə YAP Gəncə şəhər təşkilatının veteran üzvlərinə fəxri fərman və qiymətli hədiyyələr, yeni qəbul olunan üzvlərə isə vəsiqələr təqdim olundu.

Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: Gəncə şəhər Yeni Azərbaycan Partiyasının yaranmasından 25 il ötür. Bütün gəncəliləri tıbrik edirəm. Sözsüz ki, bu partiyanın yarnması vacib idi. Ölkə prezidenti İlham Əliyev tərəfindən düzgün apardığı siyasətdir ki, bu gün də YAP-ı belə qüdrətli güclüdür.

Siyavuş Novruzov YAP icra katibinin müavini, millət vəkili: Xalq iqtidar birliyinə səs verir və üzünü YAP-na tutur. Mən bütün gəncəlilərə uğurlar arzu edirəm. Gəncədə çox böyük işlər gedir. Abadlıq,quruculuq, tikinti işləri gedir. YAP-nın hər bir üzvü siravi əsgər kimi bu gün şəhər icra hakimiyyəti ilə birlikdə bu quruculuq işlərin də fəal iştirak edir.