Tovuzda Qida Təhlükəsizliyi İnstitutunda işləmək üçün müraciət edən vətəndaşlarla görüş olub. Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından işləmək üçün müraciət edən - hüquqşunaslıq, iqtisadiyyat, əmtəəşünaslıq, qida mühəndisi, genetika, tibbi profilaktika, fitosanitariya, aqronomluq, zootexnik, kimya, biokimya, biologiya mikrobiologiya, maliyyə və mühasibat uçotu ixtisasları üzrə ali təhsili olan sakinlərlə fərdi qaydada söhbət aparılıb. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli müraciətləri və təklifləri dinləyərək müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib. Görüş zamanı dövlət başçısının qida təhlükəzisliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamların qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün münbit şəraitin yaradılması və şəffaflığın təmin olunması istiqamətində inkişafa təkan verəcəyi vurğulanıb.
Qoşqar Təhməzli - Qida Təhlükəsizliyi Agentliyinin sədri: Hal-hazırda bizim əməkdaşlarımız burada beş rayonu əhatə edəcək regional bölmə üçün müraciət edən iddiaçılarla sorgu sula aparılır. Qida Təhükəsizliyi Agentliyinin Aparatanın və Qida Təhlükəsizliyi İnistitunun əməkdaşları müarciət edən şəxslərin regional bölmədə işlə təmin olunmasına yardımçı olacaq.
Natiq Hüseyn
- Baxış: 650