Zaqatalada 67 yaşlı qadını maşın vurub. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 127-ci kilometrliyində, rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Aşağı Tala kənd sakini 23 yaşlı Mehman Hüseynzadə idarə etdiyi “VAZ 2103” markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada, rayonun Yuxarı Tala kənd sakini 67 yaşlı Hürü Abdullayevanı vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Hürü Abdullayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qadına oturaq sümüklərinin və hər iki bud sümüyünün sınığı dioqnozu qoyulub. Hürü Abdullayevanın vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Qeyd edək ki, bu, həmin ərazidə son iki həftə ərzində qeydə alınan ikinci piyadavurma faktıdır.
- Baxış: 540