![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/Huawei%20honor%20lite10.gif?itok=FZfxZzTU)
Huawei şirkətinin Honor brendi Honor 10 Lite smartfonu ilə modellərinin sayını artırıb. Mobil cihaz 6,2 düymlük FullHD+ ölçülü IPS-ekranla təchiz olunub. Prosessor qismində 4 nüvəli 2,2 qeqaherz takt tezlikli HiSilicon Kirin 710 çıxış edir. Yaddaş göstəricilər: 4/64, 6/64 və 6/128 qiqabayt. Batareyanın həcmi də yüksək deyil: 3000 mAs (milli Amper saat). Honor 10 Lite-ın bir cüt arxa kamerası 13 və 2 meqapiksellikdir. Qarşı kamera isə 24 MP çəkir. Aparatın qiyməti 340-465 dollar arasında dəyişir.
- Baxış: 498