Payız-qış mövsümünün gəlişi ilə əlaqədar olaraq Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin tabeli qurumları gücləndirilmiş iş rejimində çalışır. Qurum qarlı havalarda yolların və səkilərin təmizlənməsi üçün texnikalarını saz vəziyyətə gətiririb. Bundan əlavə anbarlara 25 ton qum, 20 ton duz tədarük olunub. Birlik bu ilini sonuna qədər şəhərdə 148 binanın dam örtüyünün əsaslı şəkildə dəyişdirilməsinidə təmin edəcəkdir. Birlik qışa hazırlıq məqsədilə yollarda avtomobillərin təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün 26 küçənin asfaltlanması və gecə işıqlnadırılmasınında həyata keçirir.
Nizami Babayev - Gəncə şəhər MKTİB-nin rəis müavini: “Əsasən şəhərin enişli və yoxluşlu yollarına, işıqforların yaxınlıxlarına qum və duz səpilməsi planlaşdırılmışdır. Payız-qış mövsümü ilə bağlı bütün tabeli təsərrüfatlarımızda növbətçiliklər yaradılması və müəyyən pöroblem yaranarsa onların operativ şəkildə aradan qaldırılmasıda nəzərdə tutulub.
- Baxış: 817