• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1264
— 23.11.2018 14:08

Samux rayonunda veriləcək elektrik enerji ilə bağlı ciddi problemlər yaşanmayacaq

KepezTV Player

Payız-qış mövsümündə Samux rayonunda əhali və qeyri əhali qrupuna veriləcək elektrik enerji ilə bağlı ciddi problemlər yaşanmayacaq. Bu məqsədlə Kolayır, Ziyatlı, Sərkar, Ağasıbəyli, Burunqovaq kəndlərində istismara yararlı olmayan transvormator məntəqələri yenisi ilə əvəzlənib. Aparılan işlər çərçivəsində qəzalı vəziyyətdə olan elektrik xəttləri sip kabellərlə, istismara yararlı olmayan ağac dayaqlar isə dəmir beton dirəklərlə əvəzlənib. Əhali qrupu üzrə istifadəyə yarasız və yeni abonentlərin mənzillərinə 325 ədəd sayğac da quraşdırılıb. Ümulikdə Samuxda elektrik enerjisindən 15 500 abonent istifadə edir.

Razim Qasımov - Samux Elektrik Şəbəkəsinin rəisi: “Payız-qış mövsümü ilə əlaqədar olaraq tədbirlər planında göstərilən işlər yerinə yetirlibdir. 2018-ci il ərzində 18 ədəd transvormator məntəqəsi quraşdırılıbdır, 500 ədədn artıq 0.4 kilovatlıq dayaqrlar dəyişdirilib, 50 kilometirdən artıq kabel xətti çəkilib, mövcud xəttlərdə tarımlama işləridə aparılıb. Tam əminliklə deyə bilərm ki, xüsusəndə qış mövsümündə əhaliyə elektrik enerjisini verilməsində problemlər olmayacaqdır.