Bu günə xəbərlərin oxunma sayı: 666
—
22.11.2018 14:28
4 iranlının saxta sənədlərlə sərhəddən keçmək cəhdinin qarşısı alınıb
KepezTV Player
Azərbaycan sərhədçiləri İran vətəndaşlarının saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısını alıblar. “Tehran-Bakı” aviareysi ilə gələn 4 İran vətəndaşının sərhəd nəzarətinə təqdim etdiyi İtaliya pasportları şübhə doğurub. Dərinləşdirilmiş laborator müayinə nəticəsində sənədlərin saxta olduğu müəyyən edilib. Saxlanılan şəxslər gəldikləri istiqamətdə ölkə ərazisindən deportasiya olunublar.
- Baxış: 628
