Gəncədə yaşayış binasında baş vermiş partlayışla bağlı cinayət işi başlanıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 225.2-ci - yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda və 314.2-ci - səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddələri ilə cinayət işi açılıb. Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğu və və Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Faktla bağlı zəruri ekspertizalar təyin olunub və istintaq hərəkətləri aparılır. Ötən gün Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə baş verən partlayış nəticəsində binanın bir hissəsi çöküb. Dağıntılar altından üç meyit çıxarılıb. Bir nəfər isə yaralı halda xilas edilib.
- Baxış: 878