Kaliforniyanın Hoversurf startapı Dubay polisi üçün ilk seriyalı S3 hoverbaykları hazırlayıb. Eyni zamanda asayiş keşikçilərinə onu idarə etməyi öyrətməyə başlayıblar. Motosikletin şaquli vəziyyətdə uçuşu və enişi 2020-ci ildən tətbiq olunacaq. Onları əsasən çətin gedilən rayonlar üçün işlədəcəklər. Hoversurf startapçıları hazırda iki qrup polislərə təlimlər keçirlər. Hovrbayk üçün ideal namizəd motosikleti və dronu idarə etməyi bacarmalıdır. Yaxın aylarda əlavə 40 ədəd S3 aparatının da gətiriləcəyi bildirilir.
- Baxış: 697