BMW rəsmi olaraq yeni nəsil 8-Series sportkarının üstü açıq versiyasını təqdim edib. 4,8 metrlik maşının eni 1,9 metr, hündürlüyü 1,3 metrdir. Təkər bazası isə 2,8 metrə bərabərdir. Maşın 50 km/saat sürətədək açılıb-örtülə bilən yumşaq dam əldə edib. Yığılan dam xüsusi paneldə gizlənir. Arxa oturacaqlar 50:50-ə qatlana bilir, belədə baqaj həcmi qapalı şəraitdə 350 litr təşkil edir. BMW 8-Series Convertible 4,4 litrlik V8 motorla şütüyür. 530 at güclü mühərrik, ehtiyac olduqda hər iki oxa güc vermək iqtidarında olan 8 pilləli avtomatik sürət qutusu ilə işləyir. Kabriolet ilk “yüzü” 3,9 saniyəyə yığır ki, bu da kupenin eyni modifikasiyasından 0,2 saniyə ləngdir. Maksimal sürət 250 km/saatla məhdudlaşdırılıb.
- Baxış: 826