Sosial şəbəkələrdə superhibrid McLaren Speedtail avtomobilinin öz gücüylə markanın texniki mərkəzini necə tərk etdiyi görtüntülənib. 5 metrdən bir qədər artıq olan maşının sükanı arxasında Mclaren Automotive-in baş dizayneri Aleks Alekseev əyləşib. Oktyabrda təqdim olunan Speedtail, McLarenin tarixində ən sürətli və ən effektli aerodinamik xüsusiyyətləri olan model hesab olunur. Hiperkar V8 tvin-turbo bazasında hibrid gücü ilə komplektləşir. Ümumi at gücü 1050-ə bərabərdir. İlk 300 km/saat sürəti yığmaq üçün avtomobilə 12,8 saniyə kifayətdir. Maksimal sürətsə 403 km/saatdır. “Spidteyl”in özəlliklərindən biri kuzova birbaşa inteqrasiya olunmuş əyilə bilən və hərəkət edən unikal eleronlardır. Yüksək sürət zamanı iki bölmə hiperkarın stabilliyini artırır, aerodinamik təzyiq mərkəzini dəyişdirir, əlavə basma gücü yaradır və hava əyləci kimi işləyir.
- Baxış: 808